Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində işlə təmin olunan şəhid və qazi ailəsi üzvlərinin sayı açıqlanıb.
BŞTİ-dən "Tehsil.biz"ə verilən məlumata görə, 2022-ci ildə müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 290 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub
İdarədən həmçinin bildirilib ki, şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır.